MEK-də Mirzə İbrahimovun 110 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub +FOTO=2

MEK-də Mirzə İbrahimovun 110 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub +FOTO=2

MEK-də Mirzə İbrahimovun 110 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub +FOTO=2

 

 

 

Azərbaycanın xalq yazıçısı, akademik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Mirzə Əjdər oğlu İbrahimovun 110 illik yubileyi münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil olunub. İki həftə ərzində davam edəcək sərgidə görkəmli dramaturqun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yanaşı, publisistin öz əsərləri, həmçinin, onun haqqında yazılmış əsərlər də yer alır. Sərgilənən əsərlər sırasında oxucuların böyük marağına səbəb olacaq “Слияние Вод (Мирза Ибрагимов)”, “Книга моей жизни (Мирза Ибрагимов)”, “Наступит День (Мирза Ибрагимов)” və digərləri əhəmiyyəti ilə seçilir. MEK-in sərgi salonunda baş tutan sərgi karantin qaydalarının tələblərinə tam uyğun olaraq təşkil edilib. Qeyd edək ki, Mirzə İbrahimovun ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunan şəxsi kolleksiyası da mövcuddur. 321 nüsxədən ibarət olan kolleksiyada Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin, Məmməd Arifin, Səməd Vurğunun, Əziz Şərifin, Əli Tudənin və Azərbaycanın digər ictimai xadimlərinin kitabları və onlar haqqında yazılan əsərlər, eləcə də müxtəlif mövzulu sənədlər və dəyərli nəşrlər yer alır. Kolleksiya MEK-in yardımçı fondunda saxlanılır. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşında akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri də Mirzə İbrahimov olub. Xatırladaq ki, AMEA-nın 15 təsisçisinin şərəfinə yaradılmış guşədə Mirzə İbrahimovun da büstü də yer almaqdadır. Məlumat üçün onu da vurğulayaq ki, Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhərinin yaxınlığında olan Eyvaq kəndində dünyaya göz açıb. İlk şeiri “Qazılan buruq” 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunub. “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində çalışan yazıçı “Zəhra”, “Azad”, “On iki dekabr”, “Qorxulu səs” adlı hekayələri, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanları, “Kəndçi qızı”, “Közərən ocaqlar”, “Məhəbbət” və digər pyesləri qələmə alıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]