GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#ev Saatlıda evdə yanğın baş verdi

 

Saatlı rayonunun Soltanabad kəndində ümumi sahəsi 130 kvadrat metr olan kürsülü, birmərtəbəli dörd otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

=============================

 

#karvan Toy karvanında avtoxuliqanlıq edən sürücüyə həbs cəzası verildi

 

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumatda bildirilib.

 

Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Masallı şəhər sakini C.Vəliyev olduğu müəyyən edilib. Həmin şəxs idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş “Vaz 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

 

Sonradan isə etdiyi avtoxuliqanlıq hərəkətləri sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. C.Vəliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib

 

=========================================

 

#hadise “Xəyal Adaları” yaşayış kompleksində BƏDBƏXT HADİSƏ

 

Bakıda şirkətdə fəhlə faciəvi şəkildə ölüb.

 

Bu barədə  Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişovun işlədiyi yerdə almış olduğu xəsarət nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulan tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılması nəticəsində baş nahiyəsindən almış olduğu xəsarətdən xəstəxanada ölüb.

 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]