Rüstəm Orucov Bakı Dəbilqəsinin simasıdır- İNTİQAM təqdim edir (AZpress.AZ)

Rüstəm Orucov Bakı Dəbilqəsinin simasıdır- İNTİQAM təqdim edir (AZpress.AZ)

Rüstəm Orucov Bakı Dəbilqəsinin simasıdır- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

5-7 noyabr günlərində Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək. Maraqlıdır ki, İJF-nin (Beynəlxalq Cüdo Federasiyası) bayrağı altında keçirilən bəlli turnirin afişasında yer alan cüdoçulardan biri Azərbaycan yığmasının lideri Rüstəm Orucovdur. Orucovla yanaşı, afişada Tsoqbatar Tsend Oçir (Monqolıstan), Momo Tamoki (Yaponiya) və Anrikelis Barrios (Venesuela) yer alıb. Üç gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 31 ölkədən olan 203 (132 kişi, 71 qadın) tatmi ustası mübarizə aparacaq. Xatırladaq ki, 2019-cu ildə Bakıda keçirilən analoji yarışda 57 əlkə iştirak etmişdi. Olimpiya sonrası olmasına baxmayaraq, Bakı dəbilqəsində dünya cüdosunun liderləri, o cümlədən, Yaponiya, Rusiya, Braziliya, Moqolıstan və Gürcüstan iştirak edəcək. Turnirdə ən çox cüdoçu 73 və 90 kq-da cəmləşib. Bu çəkilərin hərəsində 24 cüdoçu mübarizə aparacaq. Ev sahiblərinin 28 idmançı ilə qatılacağı bu turnirdə monqollar 22 cüdoçu ilə təmsil olunacaq. Yaponlar Bakıya 17 tatami ustası ilə gələcək. Avstraliya, Kolumbiya, Çexiya, Yunanıstan, Kosovo, Seneqal və Dominikan Respublikası isə turnirə hərəyə bir idmançı ilə qatılacaq. Reytinq xarakterli bu yarışda ilk üç yeri tutanlar müvafiq olaraq, 1000, 700 və 500 xal toplayacaq. 5-ci yeri sahibi 360, 7-ci olanlar isə 260 bal qazanmış olacaqlar.
İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]