Dominqeslə Abdullayev DÇ-nın yarımfinalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Dominqeslə Abdullayev DÇ-nın yarımfinalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Dominqeslə Abdullayev DÇ-nın yarımfinalında  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Serbiyanın paytaxtı Belqradda kişilər arasında boks üzrə keçirilən dünya çempionatı davam edir. Xatırladaq ki, mundiala 9 dəri əlcək ustası ilə qatılan Azərbaycan yığmasının 5 üzvü artıq büdrəyərək mübarizəni dayandırıb. Qalan 4 boksçumuzdan isə isə ikisi - Alfonso Dominqes (86 kq) və Maqomed Abdullayev (+92 kq) 1\4 final mərhələni də uğurla keçərək yarımfinala çıxıb. Yarımfinalçılarımızdan Alfonsonun rəqibi artıq bəllidir. Kubalı legionerimiz finala çıxışda öz həmvətəni Luis Kordobo ilə qarşılaşacaq. Daha iki boksçumuz - Məsud Yusifzadə (51 kq) ilə Sərxan Əliyev (71 kq) yarımfinala çıxmaq üçün rinqə çıxacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]