İslam Əməkdaşlıq Təşkilatı PA-nın Baş katibi Zəfər Günü münasibətilə Milli Məclisin sədrinə təbrik məktubu ünvanlayıb

İslam Əməkdaşlıq Təşkilatı PA-nın Baş katibi Zəfər Günü münasibətilə Milli Məclisin sədrinə təbrik məktubu ünvanlayıb

Vətən müharibəsində Azərbaycan xalqının qazandığı möhtəşəm Qələbənin birinci ildönümü münasibəti ilə xarici ölkələrin dövlət rəsmilərindən, parlament təmsilçilərindən, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərindən Milli Məclisin ünvanına təbrik məktubları gəlməkdə davam edir.  
 

İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanladığı məktubda Azərbaycan parlamentinin rəhbərini Ermənistanla 30 illik münaqişədə qazandığımız Qələbə münasibətilə təbrik etməkdən məmnunluq duyduğunu vurğulayıb.


Baş katib təbrik məktubunda qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament  Assambleyası artıq tarixə qovuşmuş olan həmin münaqişədə daim Azərbaycanın yanında olub, konfranslarında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar verib. Vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən BMT Təhlükəsizlik Şurası da həmin münaqişə ilə bağlı qətnamələr qəbul edərək Ermənistanı özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa çağırıb.


Muhammed Xurayçi Niyas bölgədə sülhün bərqərar olması istiqamətində Azərbaycan tərəfindən atılan addımları alqışladıqlarını bildirib.


Uca Allahdan Azərbaycanda sülhün və sabitliyin hökm sürməsini, Azərbaycan xalqının bolluq və firavanlıq içində yaşamasını dilədiklərini vurğulayıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]