Yeni Zelandiya nəşrində Şuşa haqqında məlumat dərc edilib

Yeni Zelandiya nəşrində Şuşa haqqında məlumat dərc edilib

“Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudovun təşəbbüsü ilə yerli “Times Media” nəşrində Şuşa şəhərinin işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş məlumat dərc edilib.
 

“Evə qayıdış” adlı məlumatda bildirilib ki, noyabrın 8-də Azərbaycan Ordusu qədim Şuşa şəhərini Ermənistanın işğalından azad edib. Məlumatda yerləşdirilən fotoda Azərbaycan bayrağı, Şuşa qalası və “Xarı bülbül” rəmzi nümayiş etdirilib.
 

Məlumatı aşağıdakı linkdən izləmək mümkündür:

https://issuu.com/times_e-editions/docs/times03nov21/8
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]