Xərçəngin yeni müalicə üsulu tapıldı

Xərçəngin yeni müalicə üsulu tapıldı

Xərçəngin yeni müalicə üsulu tapıldı 

 

Britaniyanın Nottingem, Çinin Ninbo universitetləri və Şansi Kənd Təsərrüfatı Universitetinin alimləri xərçəng xəstəliyi ilə mübarizə aparmağa kömək edən parazit aşkarlayıblar.

 

 

Bununla bağlı tədqiqat “Journal for ImmunoTherapy Cancer” jurnalında dərc olunub.

 

 

Alimlər qeyd ediblər ki, “Toxoplasma gondii” paraziti orqanizmdə yaşayır və onun immun müdafiəsinə qarşı çıxmaq üçün çoxlu miqdarda zülal ifraz edə bilir.

 

 

Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübədə bu parazitin çoxalma qabiliyyəti məhdud olan mutant ştammını yaradıblar. Bir iynənin köməyi ilə mütəxəssislər onu gəmiricilərin "soyuq" şişlərinə birbaşa yeridiblər. Qeyd edilir ki, bu cür yeni ştamlar iltihablanmır və immun reaksiyasına səbəb olmur.

 

 

Nəticədə şiş yerində iltihab başlayıb, immun nəzarət nöqtələrinin effektivliyi və heyvanların sağ qalması artıb. Eyni zamanda şişin böyüməsi ləngiyib.

 

 

Onkoloqlar ümid edirlər ki, yaxın gələcəkdə insanlar üçün şişlərin müalicəsinin sxemlərini hazırlamaq üsulu alınacaq. Yeni metod həmçinin uşaqlarda prostat vəzisinin və bir çox yeni şişlərin karsinomasını müalicə etməyə imkan verəcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]