"Meksika Ölülər Günü"nə həsr olunmuş "Tzompantli" adlı sərgi-tədbir keçirildi (AZpress.AZ, Ə.Mahir, +FOTO=115)

"Meksika Ölülər Günü"nə həsr olunmuş "Tzompantli" adlı sərgi-tədbir keçirildi (AZpress.AZ, Ə.Mahir, +FOTO=115)

"Meksika Ölülər Günü"nə həsr olunmuş "Tzompantli" adlı sərgi-tədbir keçirildi (AZpress.AZ, Ə.Mahir, +FOTO=115)

 

3 Noyabr tarixində Azərkitab Kitab Mərkəzində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Azərkitab Kitab Mərkəzinin dəstəyi ilə Azərbaycanda ilk dəfə "Meksika Ölülər Günü"nə həsr olunmuş
"Tzompantli" adlı sərgi-tədbir keçirildi.

 

Sərgini giriş sözü ilə sərginin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Elnurə və Aygün İsgəndərovalar açaraq qonaqları və iştirakçıları salamlayıb sərgi haqqında geniş məlumat verdilər.
Daha sonra çıxış edənlərdən Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores Azərbaycan xalqına və dilinə olan sevgisini Azərbaycan dilində çıxışı ilə göstərmiş oldu.

 

Burada sərgilənən əsərlər Tzompatli adlı icma incəsənət layihəsində iştirak etmək məqsədilə Meksikaya göndərilmişdir . Layihə "Bəzədilmiş ənənəvi kəllələr " beynəlxalq yaradıcı mövzusu üzrə insanlarının incəsənət ifadələrini nümayiş etdirdiyini , yekun layihənin rəqəmsal platformalar vasitəsilə sərgilənəcəyini qeyd etdi. Əminəm ki , mədəniyyət , ələlxüsus da , incəsənət xalqın ifadəsi olmaqla yanaşı , müxtəlif ölkələr və millətlər arasında körpü simvoluna çevrilmişdir . Qeyd etdi ki, Meksika xalqının qədim adəti olan ölülər gününə həsr olunmuş "Tzompantli" adlanan sərgi dünya rəssamları arasında keçirilir. Beynəlxalq sərgiyə bu il Azərbaycandan olan 70-ə yaxın tanınmış və gənc rəssam bir-birindən maraqlı və rəngarəng işləri ilə öz töhfələrini verdilər. Çıxışında səfir onu da qeyd etdi ki, "Tzompatli" nin atributlarından olan pan de muertos ( şirin çörəklə ) qurbangahlar qurulur . Belə qurbangahlardan biri burada , Azərkitab - da qurulmuşdur.

 

Daha sonra çıxış edənlərdən Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı Təmsilçiliyinin təhsil və mədəniyyət atteşesi Tevfik Ulual, A&J Holdinqin direktor müavini, texnika elmləri doktoru, professor Ənvər Həzərxanov sərgi-tədbirlərin keçirilməsi ölkələrarası oxşar adət-ənənələr təbliğinə xidmət etməklə yanaşı dostluq münasibətlərinin inkişafında əvəzsiz rol oynadığını bildirərək təkilatçılara və iştirakçılara uğurlar arzuladılar. Sərginin 70-ə yaxın əsər nümayiş olunurdu. Sonda Meksika Səfirliyi tərəfindən Sərginin təşkilatçıları diplom, iştirakçılar və media nümayəndələri isə sertifikatlarla təltif olundular. Sonda Meksika Səfirliyi tərəfindən Sərginin təşkilatçıları diplom, iştirakçılar və media nümayəndələri isə sertifikatlarla təltif olundular. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]