“Cəbhədən xəbərlər” adlı fərdi sərgisinin açılışı +FOTO=18
Bu xəbəri paylaş
“Cəbhədən xəbərlər” adlı fərdi sərgisinin açılışı +FOTO=18
8 Noyabr – Zəfər Günü münasibətlə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi tanınmış azərbaycanlı fotoqraf, AZƏRTAC-ın fotomüxbiri Tofiq Babayevin Bakı Fotoqrafiya
Evində açılmış “Cəbhədən xəbərlər” adlı fərdi sərgisinin açılışı oldu. Sərgini açan Tofiq Babayev müharibə ilə bağlı xatirələrini bölüşüb. O, Azərbaycanın igid hərbçilərinin torpaqlarımızın düşmən tapdağından
azad edilməsi naminə ölümə getməyə hazır olduqlarını, dinc sakinlərin isə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumlarına baxmayaraq, ordumuzdan dayanmamağı və sona kimi getməyi xahiş etdiklərini söyləyib.
Fotoqraf vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarda gördüyü dağıntılar heç cür izah oluna bilməz: “Təkcə evlər və tarixi-dini abidələr dağıdılmayıb, hətta məzar daşları da gülləboran olunub. Bu, əsl vandalizmdir”.
Sonra T.Babayev qonaqların və jurnalistlərin suallarını cavablandırıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

















