Əmir Abdullahian və Ceyhun Bayramov bu gün telefon danışığında ikitərəfli əlaqələri müzakirə ediblər

Əmir Abdullahian və Ceyhun Bayramov bu gün telefon danışığında ikitərəfli əlaqələri müzakirə ediblər

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün telefon danışığında ikitərəfli əlaqələri müzakirə ediblər.
Azərbaycanın xarici işlər naziri əvvəlcə  iranlı həmkarının vəziyyəti ilə maraqlanıb və onun tezliklə sağalmasını arzu etdiyini bildirib .


 Əmir Abdullahian İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qardaşlıq və yaxın əlaqələri xatırladaraq qeyd edib ki, son aylarda bəzi anlaşılmazlıqların qarşıya çıxdığı şəraitdə , iki ölkə arasında yaxşı münasibətləri sevməyən tərəflər fəallaşmış , amma iki ölkə rəsmilərinin müdrikliyi sayəsində artıq bunu arxada qoyduq .  İndi biz iki ölkə arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində irəliləyə bilərik – deyə iranlı nazir vurğulayıb.


Azərbaycan Respublikasının xarici İşlər naziri  də iki ölkə arasında anlaşılmazlıqdan başqalarının istifadə etməsinə imkan verilməməsinin  lazım olduğunu bildirərək, hər hansı anlaşılmazlığın dostluq və qardaşlıq mühitində həll edilməli olduğunu,  Azərbaycan Respublikasının hərtərəfli  əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.


Nazirlərin telefon danışığında İkitərəfli ticarət əlaqələri və iki ölkənin Birgə İqtisadi Komissiyasında nümayəndənin  təyin edilməsi kimi məsələlər də müzakirə olundu.  


 Xarici işlər naziri həmçinin qeyd edib ki, İran İslam Respublikası regional formatları, o cümlədən 3+3 formatını qətiyyətlə dəstəkləyir və regional problemlərin regiondaxili mexanizmlər vasitəsilə həll oluna biləcəyinə inanır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]