UNEC ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq sazişi imzalanıb

UNEC ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq sazişi imzalanıb

Türkiyənin Ankara Universitetinun rektoru professor Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.


UNEC rektoru professor Ədalət Muradovla görüşdə professor Necdet Ünüvara universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları, beynəlxalq reytinqlərdəki mövqeyi barədə ətraflı məlumat verilib.

UNEC müəllimlərinin elmi fəaliyyətinin stimullaşdırılması, Differensial Əməkhaqqı Sistemi, müəllimlərin pedaqoq və müəllim-tədqiqatçı kimi fərqləndirilməsi, elmi fəaliyyətin təşviqi istiqamətində tətbiq olunan digər yeniliklər rektor Necdet Ünüvar tərəfindən yüksək qiymətləndirilib. O, bu təcrübənin Ankara Universitetində də tətbiq olunacağını bildirib.


Görüş zamanı UNEC ilə Ankara Universiteti arasında əməkdaşlığa dair yeni saziş imzalanıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020