Gəncliyə Dəstək İctimai Birliyi Ağcabədi Pedaqoji Kollecində təlim həyata keçirib +FOTO=5

“Gəncliyə Dəstək” İctimai Birliyi Ağcabədi Pedaqoji Kollecində təlim həyata keçirib +FOTO=5

“Gəncliyə Dəstək” İctimai Birliyi Ağcabədi Pedaqoji Kollecində təlim həyata keçirib +FOTO=5

 

5 noyabr 2021-ci ildə “Gəncliyə dəstək” İctimai Birliyi “Region könüllüləri hərəkatında yeni mərhələ” adlı layihəsi çərçivəsində Ağcabədi gəncləri üçün təlim həyata keçirib. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

 

Təlim Şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Təşkilatın sədri Vəfa Xəlilli Azərbaycan Gənclər Fondu, təşkilat və layihə haqqında ətraflı məlumat verdi.

 

Sonra Ağcabədi Gənclər və İdman İdarəsinin nümayəndəsi Şəmməd Şəmmədov çıxış edərək təşəkkürlərini bildirib bu tipli layihələrin keçirilməsinin gənclərin aktivliyində böyük rolu olduğunu söylədi.
Təşkilatın idarə heyətinin üzvü Əlisurətli Röya vaxtın idarəolunması, gənclərin öz potensiallarının üzə çıxarılması və uğurlu karyera yolunda atılacaq addımlar istiqamətində təqdimatla çıxış etdi.
Təlim müddəti sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin aşılanması istiqamətində videoçarxlar təqdim olundu.

 

Layihənin məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir. Eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etmək və bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir
Təlim zamanı gənclərə materiallar (dəftər, qələm, papka, buklet və köynək) və sertifikat paylanıldı. Çay süfrəsi zamanı da bu istiqamətdə diskussiya aparıldı.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]