Rəssamlar Zəfər Gününü işğaldan azad olmuş Ağdamda keçirdilər (AZpress.AZ- Minə Türksoy, +FOTO=49)

Rəssamlar Zəfər Gününü işğaldan azad olmuş Ağdamda keçirdilər (AZpress.AZ- Minə Türksoy, +FOTO=49)

Rəssamlar Zəfər Gününü işğaldan azad olmuş Ağdamda keçirdilər (AZpress.AZ- Minə Türksoy, +FOTO=49)

 

Azpress.AZ xəbər verir ki ,Zəfər Günü münasibətilə işğaldan azad edilmiş Ağdam şəhərində “Vətənpərvərlik etüdləri” layihəsi çərçivəsində “Ağdamın mənzərələri” adlı etüd-sərgi keçirilmişdir. Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının 14 üzvünün əsərləri nümayiş olunub.

 

Sözügedən rəssamlar: Təranə Musayeva, Mənsur Əsgərli, Minə Məmmədova, Sevinc Kərimova, Pərviz Mahmudov, İntiqam Cəfərov, Elçin Nəsirov, Hüseyn Haqverdiyev, Rəşad Cabbarov, Vüqar Əliyev, Həsənağa Məmmədov, Asif Rzayev, İsa Məmmədov və Misir Maxsudlu.

 

Sərgidə əsasən, işğaldan azad olunan guşələrimiz, Ağdam mənzərələri, tarixi abidələr və Azərbaycanın düşmən üzərindəki Qələbəsini əks etdirən rəsm əsərləri yer alıb. Rəssamlar Ağdamdakı İmarət kompleksi, Çörək muzeyi, Dram teatrı, Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası ətrafındakı etüdləri təsvir etmişlər.

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü tədbir -sərgi təşkilatçısı Aygün İsgəndərova jurnalistlərə açıqlamasında bildirmiş :Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə “Vətənpərvərlik etüdləri” layihəsi çərçivəsində etüdlərimiz baş tutdu. Çox xoşbəxtik ki, bu gün Zəfər Gününü öz Vətənimizdə qeyd edirik. Ağdama gəlmiş rəssamlar da çox xoşbəxtdirlər ki, öz kətanlarına Ağdamda tarixi mirasımızın bir hissəsini köçürürlər. Çəkilən etüdlər Zəfər muzeyinə hədiyyə olunacaq”.
Rəssamlıq Akademiyasının dosenti İsa Məmmədov işğaldan azad edilmiş ərazilərdə rəsm çəkdiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirib: “Çox xoşbəxtəm ki, Zəfər Günündə işğaldan azad edilmiş Ağdam şəhərində Cümə məscidinin və Çörək muzeyinin rəsmini çəkirəm. Ağdam yenidən qurulandan, bərpa ediləndən sonra yenidən gəlib həmin yerlərin rəsmini yenidən çəkəcəm”.

 

Rəssamlar İttifaqının üzvü Elçin Nəsirov isə deyib: “Rəssam dostlarımla birlikdə rəsm əsərləri çəkmək, etüdlər etmək üçün Ağdam şəhərinə gəlmişik. Mən hazırda Ağdam Dram Teatrının binasının rəsmini çəkirəm. Amma teatrdan əsər-əlamət qalmayıb. İnşallah Ağdamda yenidənqurma, bərpa işləri həyata keçiriləcək. Biz yenidən gəlib burada öz rəsmlərimizi çəkəcəyik”.

 

Rəssamlar İmarət kompleksində, Çörək muzeyinin və Dram teatrının qalıqları qarşısında, Ağdam Cümə məscidində, Qiyaslı məscidində və Şahbulaq qalasında etüdlər ediblər. Çəkilən rəsmlər sonda Şahbulaq qalasında təşkil edilən sərgidə nümayiş olunub.

 

Tədbir zamanı çıxış edən Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov torpaqlarımızı 30 illik erməni işğalından azad edərək qazandığımız bu Qələbənin ildönümü münasibətilə iştirakçıları təbrik edib və ürək sözlərini iştirakçılarla bölüşüb.

 

Tədbirə layihə və etüd rəhbərləri qismində iştirak edən Elnurə və Aygün İsgəndərovalar, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmiş, iştirak edən rəssamlara yaradıcılıq uğurları arzulamışlar.
Sonda rəssamlar hədiyyə və diplomlarla təltif olunmuşlar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]