Masallıda neçə İmam və imam müavini var?

Masallıda neçə İmam və imam müavini var?

Masallıda neçə İmam və imam müavini var? 

 

Çoxlarına bəlli olduğu kimi 230 minə yaxın əhalisi olan Masallı rayonunda 140 məscid var. Bəs bu məscidlərdə Qafqaz müsəlmanları idarəsinin attestasiyasından keçmiş, necə deyərlər, rəsmi statusu olan, eləcə də yardım alan neçə din xadimi çalışır. Qafqaz Müsəlmanları İdarəsinin Masallı, Cəlilabad və Biləsuvar rayonları üzrə Qazisi Ağarəşid Talıbzadədən aldığımı məlumata görə Masallının 140 məscidlərində 75 din xadimi rəsmi qeydiyyatdan keçmişdir ki, onların da 24 nəfəri İmam, 41 nəfəri İmam müavini, 5 nəfəri Mütəvəlli, 5 nəfəri isə Dini ayin icraçısıdır.


Bu şəxslərin də 65 nəfəri Milli Dəyərlərin Təbliği Fondundan aylıq yardım alır ki, onlardan da təxminən 10 nəfərinin məvacib məsələsi son bir ildə hələ olunmuşdur. Attestatından keçən masallılı din xadimlərində hələlik 10 nəfərə yaxını məvacib almır. (Məvacib almayanaların adları dəqiqləşdirilir)


Hacı Ağarəşidin bildirdiyinə görə, kimsə düşünməsin ki, bizim digər 65 məscidlərdə din xadimi yoxdur. Demək olar ki, hər məscidin axundu, yaxud dini ayinləri icra edən şəxsləri var. Tək-tük məscidlər var ki, bu sahədə problem yaşanır.


Məlumat üçün bildirək ki, Milli Dəyərlərin Təbliği Fondundan imamlara hər ay 630 manat, müavinlərinə 490 manat, mütəvəllilərə -- manat, dini ayinləri icra edənlərə -- manat yardım edilir. Hansı ki bu yardımlardan hər hansı vergi və sair ödəmələr tutulmur.

Məvacib alan din xadimlərinin imkan daxilində bir sıra dini mərasimləri, eləcə də imkansız ailələrin dəfn və hüzr məclislərinİ ( meyit götürülməsi, vacib namazlar) pulsuz idarə etməsi məqsədəmüvafiqdir.


Redaksiyadan: Sorğularımızı həmişə vaxtında, dolğun və operativ cavablandırdığı üçün hörmətli Qazimiz Hacı Ağarəşid Talıbzadəyə təşəkkürümüzü bildiririk. Digər qurumlar da nümunə götürsə, çox şad olarıq.


Yazının sonunda Masallıdan rəsmi qeydiyyatdan keçmiş din xadimlərinin siyahısını sizə təqdim edirik. (Bu şəxslərdən 10-a yaxını məvacib almır. Bəziləri də dünyasını dəyişib).

 

 

   

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]