Opera və Balet Teatrında bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletinin tamaşası keçirilib - FOTO

Opera və Balet Teatrında bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletinin tamaşası keçirilib - FOTO

Noyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletinin tamaşası keçirilmişdir. Çox böyük uğurla baş tutan tamaşada Teatrın balet truppasının aparıcı solistləri - Əməkdar artistlər Anar Mikayılov (Bəhram şah), Nigar İbrahimova (Gözəllər gözəli), Cəmilə Kərimova (Bizans gözəli), Elmira Süleymanova (Slavyan gözəli), Samir Səmədov (Səməndər), solistlər Ayan Eyvazova (Məğrib gözəli), Yuliya Ferştandt (Çin gözəli), Samirə Məmmədova (Hind gözəli), Nigar Əliyeva (Xarəzm gözəli) və b. çıxış etmişlər.


Anşlaqla baş tutan tamaşanı respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə etmişdir.


Qeyd edək ki noyabrın 20-də Teatrda  Festival çərçivəsində daha bir tamaşanın -  Fikrət Əmirovun "Nizami" baletinin premyera tamaşasının nümayişi baş tutacaqdır.  
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]