Azərbaycanın azad etdiyi erməni qadın yenidən Livandan İrəvana gəldi

Azərbaycanın azad etdiyi erməni qadın yenidən Livandan İrəvana gəldi

Azərbaycanın azad etdiyi erməni qadın yenidən Livandan İrəvana gəldi

 

44 günlük II Qarabağ müharibəsi zamanı Şuşada əsir götürülən və sonra Azərbaycanın humanizm prinsiplərinə sadiq qalaraq həbsdən azad etdiyi Livan vətəndaşı Maral Nacaryanla bağlı yeni xəbər var.

 

Maral Nacaryan Livandan Ermənistana köçüb.

 

Onun hazırda İrəvanın yaxınlığındakı kəndlərin birində, aylıq kirayəsi 60.000 dram olan soyuq, narahat evdə yaşadığı bildirilir. Dövlət tərəfindən heç bir dəstək almadığı qeyd olunan Maral Nacaryanın dizində iltihab əmələ gəldiyi, onurğasında problem yarandığı və çətinliklə yeriyə bildiyi xəbər verirlir.

 

Nacaryanın hər gün İrəvana gəlib iş axtardığı da söylənilir.

 

Erməni blogerlərdən biri Maral Nacaryanın indiki durumdan çıxarılması üçün sosial şəbəkədə çağırış edib. O, imkanı olan erməniləri dəstək olmağa çağırıb.

 

Maral Nacaryan həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir. Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılmışdı.


O, Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdi.


Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində Maral Nacaryan bu ilin 10 mart tarixində azad edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]