Ziyadxan Əliyev: RƏNGLƏRİN POETİKASI

Ziyadxan Əliyev: RƏNGLƏRİN POETİKASI

Ziyadxan Əliyev: RƏNGLƏRİN POETİKASI

 

Xətai Sənət Mərkəzində tanınmış rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Telman Abbasovun “Qəlbimin palitrası” adlı fərdi sərgisinin açılışı olmuşdur. Rəssamın anadan olmasının 65 illiyinə həsr olunmuş sərginin açılışında onun həmkarları-dostları çıxış edərək Telman Abbasovu rəssam, müəllim və şair kimi dəyərləndirərək, davamlı yaradıcılığının axtarışlarla zəngin olduğunu vurğulamışlar.

 

Sərginin ekspozisiyasına daxil edilmiş çoxsaylı əsərlərdə yurdumuzun uzaq-yaxın tarixinə cəlbedici “bədii güzgü” tutulduğundan onlar cəlbedici və düşündürücü qəbul olunurlar. Müxtəlif mövzulu əsərlərinin mayasına petik ruh qatıldığından onlar həm də ovqatyaradıcı qəbul olunurlar. Doğrudan da müəllifin tarixi hadisələrə, Vətənin ecazkar guşələrinə, adət və etnoqrafiyasına bədii münasibəti özünəməxsus səmimiliklə bədii görkəm aldığından, görüntüyə gətirənlər təsirli və qürurverici görünürlər. Bütünlükdə, zənginliyi ilə seçilən ekspozisiya Telman Abbasovun nəhayətsiz bədii-yaradıcı potensiala malik olduğunu sərgiləyir və tamaşaçıları bundan sonra da onun daha maraqlı əsərləri ilə qarşılaşacaqlarına inandırır.
Qeyd edək ki, sərginin tamaşaçılarına rəssamın avtoqrafı ilə “Qəlbimin palitrası” adlı şeirlər kitabı hədiyyə olunmuşdur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]