Vilayət Quliyev: ERMƏNİLİYİN AVTOPORTRETİ

Vilayət Quliyev: ERMƏNİLİYİN AVTOPORTRETİ

 ERMƏNİLİYİN AVTOPORTRETİ


Aşağıdakı sətirləri erməni hüquq müdafiəçisi Vardan Arutyunyan yazıb. Rusca paylaşmışdım. Qərara gəldim ki, dilimizə də çevirim. Fikirləriniz maraqlıdır.
"Biz keçmişdə ilişib qalmış xalqıq. Keçmişdən qopmağı bacarmırıq. XX əsrin dəyərlərini mənimsəməyə, XXI əsrə qədəm qoymağa gücümüz çatmır. Ən yaxşı halda biz hələ də XIX əsrdə yaşayırıq. Bütün dəyərlərimizlə, dünyagörüşümüzlə, gündəlik problemlərimizlə, arzularımızla keçmişə bağlıyıq. Biz orada, keçmişdə hələ də dünənin problemlərini həll edirik: hələ də Sultan Əbdülhəmidlə vuruşuruq, hələ də o dövrün mahnılarını oxuyuruq, o dövrün fikirlərini, düşüncələrini bölüşürük.
Bizim üçün vətənpərvərlik zirvəsi hələ də Çauş, Dro, Andronik, Sose və Serobdur (indi Njde də peyda olub - V.Q.) Onların öz dövrü üçün səciyyəvi vətənpərvərliyində isə quldurçuluq-sosializm-terrorçuluq -millətçilik bir-birinə qarışmışdı.
Biz həmin dövrdən qalma nifrət və iddialarımızı bu gün -XXİ əsrdə qonşularımıza yönəldirik. Bizim vətənpərvərliyimiz və türk düşmənçiliyimiz biri-birini tamamlayır. Genosid hələ də vizit kartımız olaraq qalır.
Biz müharibədə məğlub olandan sonra kiçik və ötəri qələbələrimizi göylərə qaldırırıq. Biz müharibə ilə döyüşü fərqləndirə bilmirik. Bu kiçik döyüşlərə son və qəti qələbəyə layiq abidələr qoyur, muzeylər açırıq. Kiçik döyüşlərdəki uğurumuzu əsl qələbə sevincini yaşayanların gözü qarşısında təntənə ilə qeyd edirik. Başa düşmürük ki, onların qarşısında gülünc görünürük və gələcək məğlubiyyətlərdən sığortalanmırıq. Biz çoxəsrlik tarximizlə öyünürük., Amma uzun tariximiz boyu deyəsən kilsədən başqa heç nə tikməmişik. Ən qədim şəhərimizin yaşı heç 200 ilə də çatmır".

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]