İrina Zaretska ikiqat dünya çempionudur İNTİQAM təqdim edir (AZpress.AZ)

İrina Zaretska ikiqat dünya çempionudur İNTİQAM təqdim edir (AZpress.AZ)

 KARATE
------------------------------------------------------------------
İrina Zaretska ikiqat dünya çempionudur


Dubayda (BƏƏ) karatenin WKFversiyası üzrə keçirilən dünya çempionatına yekun vurulub. Kata və kumitenin şəxsi və komanda yarışı üzrə kecirilən bu mundialda Azərbaycan komandası 22 karateçi ilə təmsil olunsa da, vətənə biri qızıl, ikisi isə bürünc əyarlı olmaqla üç medalla dönüb. Qızıl medalın sahibi öz çempionluq titulunu qoruyan İrina Zaretska (68 kq) olub. O, həlledici finalda italiyalı Silvii Semeraronu məğlub edib. Bürünc medallardan biri fərdi yarışda +84 kq-da dayanq üzərinə çıxan Asiman Qurbanlının aktivinə yazılıb. Asiman bürünc uğrunda keçirilən döyüşdə Çili təmsilçisi Rodriqo Roxası üstələyib. Daha bir bürünc medal isə heyəti beşqat dünya çempionu Rafael Ağayev, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət kişi komandamız qazanıb. Yığmamız üçünülük uğrunda qarşılaşmada Özbəkistanı məğlub edib - 3:2.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]