Dünya Şahmat Tacını kim udacaq? İNTİQAM təqdim edir (AZpress.AZ)

Dünya Şahmat Tacını kim udacaq? İNTİQAM təqdim edir (AZpress.AZ)

Dünya Şahmat Tacını kim udacaq? İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Noyabrın 26-da BƏƏ-nin Dubay şəhərində Dünya Şahmat Tacı uğrunda görüşlərə start veriləcək. Dekabrın 16-dək davam edəcək bu yarışda Norveçdən olan hazırki dünya çempionu Maqnus Karlsenlə rusiyalı Yan Nepomniyaşiy qarşılaşacaq. Bu Karlsenin çempionluq uğrunda sayca 5-ci (2013, 2014, 2016, 2018-ci illər), Nepomniyaşininsə birinci yarışı olacaq. 14 partiyadan ibarət olab bu yarışın mükafat fondu 2 milyon avro təşkil edir. Reqlamentə görə qalib bu məçləğin 60, məğlub olansa 40 faizini qazanmış olacaq. Əgər qalib əsas yarışda deyil, tay-brekdə məyyən edilərsə, onda 60 faiz deyil, 55 faizə sahib çıxacaq. Tərəflərdən hansı biri ?.5 xal toplayarsa, o zaman qalib adını qazanacaq. 26-28, 30 noyabr, 1, 3-5, 7-8, 10-12 və 14 dekabr günləri yarış günü gesab ediləcək. 29 noyabr, 2, 6, 9 və 13 dekabr isə istirahət günləri olacaq.

 

Xatırladaq ki, yarış Karlsenin qələbəsi ilə bitsə, onda norveçli qrossmeyster 5-ci dəfə çempionluq sevincini yaşayacaq. Hər şey əksinə olsa, onda rusiyalı Nepomniyaşiy ilk çempionluq titulunu qazanacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]