Gənc fotoqraf Ramin Aslanovun Bir bax, min yaşat adlı fərdi fotosərgisi açılıb- (AZpress. İ.Rüstəm, +FOTO=47)

Gənc fotoqraf Ramin Aslanovun “Bir bax, min yaşat” adlı fərdi fotosərgisi açılıb- (AZpress. İ.Rüstəm, +FOTO=47)

Gənc fotoqraf Ramin Aslanovun “Bir bax, min yaşat” adlı fərdi fotosərgisi açılıb- (AZpress. İ.Rüstəm, +FOTO=47)

 

Noyabrın 23-də Heydər Əliyev Sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun “Bir bax, min yaşat” adlı fərdi fotosərgisi açılıb.

 

Tədbirdə sarayın direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək fotosərgi barədə məlumat verib. Qeyd olunub ki, müxtəlif və rəngarəng mövzuları əhatə edən və əsasən təbiət fotojanrına üstünlük verilən fotosərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatıdır. Azərbaycanımızın şəhər və rayonlarının təbiətinin müxtəlif obrazlı gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin sərgiləndiyi sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edəcək.

 

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Sarayının fotosərginin təşkilində məqsədi sərgilənən fotonümunələrini geniş ictimaiyyətə təqdim edərək, tanıdaraq gənc, yaradıcı və peşəkar insanlara diqqət göstərmək, dəstək olmaqdır. Bildirilib ki, fotosərgidə əsərlərin satışı həyata keçiriləcək. Əldə olunacaq vəsait Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

 

Sonra Ramin Aslanov çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.

 

Qeyd edək ki, sərgidə gənc fotoqrafın 44 əsəri nümayiş olunub.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]