Azərbaycan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar-Karantin Xidmətinin əməkdaşları "Təməl Həyata Dəstək üzrə təlimçilərin təlimi" kursunu bitiriblər - FOTO

Azərbaycan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar-Karantin Xidmətinin əməkdaşları "Təməl Həyata Dəstək üzrə təlimçilərin təlimi" kursunu bitiriblər - FOTO

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar-Karantin Xidmətinin (SKX) baş müfəttişləri İxtiyar Muxtarov, Müşfiq Qəhrəmanov, Əli Məmmədov və Hüseyn Qasımov “Təməl Həyata Dəstək (BLS - Basic Life Support) üzrə təlimçilərin təlimi” kursunda iştirak ediblər və bu  kursu 16 sentyabr və 3 noyabr 2021-ci il tarixlərində müvəffəqiyyətlə bitiriblər. Təlimlər Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi və “Uptodate in Medicine” şirkətinin dəstəyi ilə təşkil olunmuşdur.


Təlim iştirakçıları ilk yardımın məqsədləri, ilk yardımın tətbiqi halları, zərərçəkmişin vəziyyətinin qiymətləndirilməsi,  təkmilləşmiş tibbi yardımın çağırışı proseduru, ürək massajı, xilasedici süni tənəffüs, ürək – ağciyər reanimasiyası (CPR), Avtomatik Xarici Defibrilyatorun (AED) istifadə alqoritmi, ürək və tənəffüsün dayanması zamanı praktiki məşğələlər, maneken üzərində ürək-ağciyər reanimasiyası, süni tənəffüs və s. mövzularda bilik və bacarqlara yiyələniblər.


Hazırda təlimlər başa çatmış və təlim iştirakçıları: İxtiyar Muxtarov, Müşfiq Qəhrəmanov, Əli Məmmədov və Hüseyn Qasımov Amerika Kardiologiya Assosiasiyasının tədris proqramına uyğun olaraq bilik və bacarıqlar əldə etdiklərinə və Basic Life Support təlim proqramını bitirdiklərinə  görə Sertifikatlara layiq görülüblər. İştirakçılar həmçinin, praktiki simulyasiya və yazılı imtahan vasitəsilə qiymətləndiriliblər. Onlar ilk dəfə rəsmi peşəkar təlimçi hüququnu qazanıblar.


Qeyd edək ki, Sanitar-Karantin Xidmətinin əməkdaşlarının təlimlərdə iştirakının əsas məqsədi hər hansı qəza zamanı təcili tibbi yardım briqadası gələnə qədər zərərçəkmişləri həyatda saxlamaq məqsədilə ilkin yardımın göstərilməsini, bu sahə üzrə bilik və bacarıqları öyrətmək və gələcəkdə bu cür təlimlərin onlar tərəfindən Dövlət Gömrük Komitəsinin gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan əməkdaşlara keçirilməsidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]