Fərid Qayıbov Serbiyanın paytaxtı Belqrad şəhərində boks üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımızla görüşüb

Fərid Qayıbov Serbiyanın paytaxtı Belqrad şəhərində boks üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımızla görüşüb

Noyabrın 24-də gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqrad şəhərində boks üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımızla görüşüb.
 

Nazir Fərid Qayıbov dünya çempionu Alfonso Dominges, bürünc mükafatçılar Sərxan Əliyev və Məhəmməd Abdullayevi növbəti uğurları münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda qələbələr arzulayıb.
 

Görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, baş katib Nağı Səfərov və yığma komandanın məşqçisi Nəriman Abdullayev də iştirak ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]