İçərişəhər və Lahor qədim Qala şəhəri Administrasiyası arasında "Dostluq və əməkdaşlıq Protokolu" imzalanıb - FOTO

İçərişəhər və Lahor qədim Qala şəhəri Administrasiyası arasında "Dostluq və əməkdaşlıq Protokolu" imzalanıb - FOTO

24 noyabr 2021-ci il tarixində Pakistan İslam Respublikasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovun həmin ölkəyə işgüzar səfəri çərçivəsində İçərişəhər və Lahor qədim Qala şəhəri Administrasiyası arasında “Dostluq və əməkdaşlıq Protokolu” ("Protocol of Friendship & Cooperation”) imzalanıb.


 Protokolun imzalanmasında əsas məqsəd İdarə və Lahor qədim Qala şəhərinin Administrasiyası arasında dostluq münasibətlərini genişləndirmək, iqtisadi, sosial və mədəni əlaqələri gücləndirmək, ortaq fəaliyyət sahələrini müəyyən etməkdən ibarətdir. Sənəddə incəsənət, mədəniyyət, turizm, elm və tarix sahələrində birgə fəaliyyət, proqram və layihələrin təşkilinə, eləcə də təcrübə və informasiya mübadiləsinə qarşılıqlı dəstəyin verilməsi, mədəni irsin qorunması, bərpası və inkişafı sahələrində əməkdaşlığı sürətləndirmək və digər məsələlər öz əksini tapıb.


İmzalanma mərasimindən sonra tərəflər  işgüzar görüş keçirib. Görüşdə İçərişəhər və Lahor Qala şəhərləri arasında əməkdaşlıq imkanları və gələcək planlar müzakirə edildi.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]