Lənkəran teatrı Ağdamda qastrol səfərində olub ( AZpress.AZ, Ağaddin Babayev. +FOTO=44)

Lənkəran teatrı Ağdamda qastrol səfərində olub ( AZpress.AZ, Ağaddin Babayev. +FOTO=44)

Lənkəran teatrı Ağdamda qastrol səfərində olub ( AZpress.AZ, Ağaddin Babayev. +FOTO=44)

 

Noyabrın 23-də Lənkəran Dövlət Dram Teatrının truppası Ağdam rayonunda qastrol səfərində qastrol səfərində olub. AZpress.AZ xəbər verir ki, lənkəranlı sənətçilər Ağdam Dövlət Dram Teatrının Quzanlı qəsəbəsindəki binasında görkəmli Azərbaycan Dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşasını təqdim ediblər. Tamaşadan əvvəl çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov və Lənkərabn Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov rəhbərlik etdikləri kollektivlərin qarşılıqlı yaradıcılıq münasibətlərinin yaradılmasının əhəmiyyətindən danışaraq hər iki teatra uğurlar diləyiblər. Qeyd olunub ki, cari ilin iyul ayında Ağdam və Lənkəran teatrları arasında bağlanılmış niyyət sazişişində hər iki kollektiv arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı qastrol səfərlərinin təşkili, rejissor və aktyor mübadiləsi, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulur. Vətən müharibəsində qazanılmış qələbədən sonra Qarabağa ilk qastrol səfəri də məhz Lənkəran teatrına qismət olub.

 

Ağdam ictimaiyyətinin nümayəndələri tərəfindən maraqla izlənən tamaşada bir-birinə səmimi hisslər bəsləyən Səriyyə və Rüstəmin məhəbbəti ön planda təsvir olunur. Səhnə əsərində cəmiyyətin əsas mövcud problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsir kəskin tənqid atəşinə tutulur.

 

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir. Rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edblər.

 

Qastrol səfəri lənkəranlı sənətçilərə həm də unudulmaz anlar bəxş edib. Tamaşadan sonra onlar erməni faşistləri tərəfindən dağıdılmış Ağdam şəhər məscidinin və Ağdam Dövlət Dram Teatrının binasının qalıqlarına baş çəərək mənfur qonşularımızın cinayətkar əməlləri ilə yerindəcə tanış oublar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]