Məktəbdən çıxan azyaşlını oğurlamaq istədilər

Məktəbdən çıxan azyaşlını oğurlamaq istədilər

Məktəbdən çıxan azyaşlını oğurlamaq istədilər 

 

 

Bakının Sabunçu rayonunda azyaşlı qız məktəbdən çıxarkən onu naməlum şəxs avtomobilinə zorla itələyərək bıçaqla hədələyib.

 

Hadisə Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində qeydə alınıb.

 

Əjdər Hüseynov adlı şəxs bildirib ki, ötən gün 18 radələrində nəvəsi Z.Q 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb.

 

Z.Q sözügedən məktəbin beşinci sinif şagirdidir. Azyaşlının nənəsi Mədinə Hüseynova bildirib ki, hər iki nəvəsi məktəbdə ikinci növbədə təhsil alır.

 

Z.Q dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

 

Z.Q-nın bildirdiyinə görə, ona bıçaqla hədə qorxu gələn şəxs onu “Mitsubishi” markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb. Deyib ki, özünü onun qızı kimi aparsın. Bir neçə yüz metr gedəndən sonra sürücü ətrafdan keçənlərdən Zabrat istiqamətinə yolu soruşub. Bu zaman Z yolda sinif yoldaşının valideyni ilə birlikdə evə getdiyini görüb. Uşaq dərhal maşından düşərək həmin valideynin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb.

 

Faktı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları araşdırır. Qeyd edək ki, məktəbin ön kamerası işləmir. Lakin küçədə olan müşahidə kameralarından aydın olub ki, Z-nı ağ rəngli “Mitsubishi” markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırıb.

 

X X X 

 

Daxili İşlər Nazirliyi Bakıda məktəblinin qaçırılma cəhdilə bağlı məlumat açıqlayıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  bildirilib ki, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddalar nəzarətə götürülüb:

 

“Bütün zəruri tədbirlər icra olunur. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]