Azərbaycanlı nümayəndələr Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin məzarını ziyarət etdiblər - FOTO

Azərbaycanlı nümayəndələr Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin məzarını ziyarət etdiblər - FOTO

ECAR Erasmus + layihəsi çərçivəsində tərəftaş qismində bir həftəlik təcrübə mübadiləsi məqsədli görüşlərdə iştirak edən azərbaycanlı nümayəndələr Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin məzarını ziyarət etdilər.

22 Noyabr 2021-ci il tarixindən etibarən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Azərbaycanda Rektorlar Konfransının Yaradılması məqsədini daşıyan layihə çərçivəsində Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən rektorlar konfranslarının təcrübələrinin öyrənilməsinə həsr olunmuş 2-ci kompenentinin icrasına başlanılmışdır. Bu məqsədlə tərəfdaş universitetlərdən rektor, prorektor ve digər rəhbər isçilərdən ibarət 30 nərəflik koordinasiya kommitəsi yaradılmışdır. Komissiyanın ilk səfəri 22- 26 Noyabr tarixlərində Fransada keçirilməkdədir.
Təlim konfranslarında iştirak edən azərbaycanlı nümayəndələr 24 Noyabr 2021 tarixində görkəmli Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri Əlimərdan bəy Topçubaşov və yazıçı, salnaməçi və jurnalist Ceyhun Hacıbəylinin məzarını ziyarət etdilər. Nümayəndələr bu ziyarətdən böyük qurur duyduqlarını və bu şəxsiyyətlərin Azərbaycan tarixində silinməz izlər qoyduqlarını bildirdilər. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]