Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalın nümayəndələri Türkiyədə keçirilən Beynəlxalq Konqresdə iştirak ediblər

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalın nümayəndələri Türkiyədə keçirilən Beynəlxalq Konqresdə iştirak ediblər

16-19 dekabr 2021-ci il tarixlərdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müanini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalın həkim-infeksionisti Mədinə Abdullayeva Türkiyə Respublikasının Ankara şəhərində keçirilən «Xəstəxana İnfeksiyalar» (HİKON-2021) Beynəlxalq Konqresində iştirak ediblər.
 

Türkiyə Xəstəxana İnfeksiyalara Nəzarət Dərnəyi tərəfindən təşkil olunmuş HİKON-2021 Beynəlxalq Konqresə 300-dən çox iştirakçı qatılmışdır.
 

Konqresin birinci günündə periferik və mərkəzi venoz katetrlərin infekiyaların qarşısının alınması,  xəstəxanalarda infeksion nəzarət sistemlərinin qiymətləndirilməsi, bu sahədə ABŞ və s. inkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqi, klinikalarda izolyasiya tədbirlərinin təşkili, yataq yaralarının profilaktikasına dair aktual məsələlər müzakirə olunmuşdur.
 

Tədbirin ikinci günündə xəstəxanalarda infeksiona nəzarətdə laborator müayinələrin vacibliyi, xəstəxana avadanlığının dezinfeksiya və sterilizasiyası, antibiotiklərin düzğun təyini va antibiotiklərə qarşı rezistentlik yaranmasının qarşısının alınması, xəstəxalarda latent, aktiv və multirezistent vərəmli pasiyentlərin müalicəsinə müasir yanaşmalar, nazokomial klostrisiya infeksiyasına nəzarət, müxtəlif tibb sahələrində rast gəlinən infeksion yoluxmalar kimi mövzulara baxılıb.
 

COVİD-19 qlobal pandemiya dövründə keçirilən HİKON-2021 Beynəlxalq Konqresin son günündə, yeni koronavirus infeksiyasının müxtəlif aspektləri, o cümlədən xəstəxana daxili infeksiyaların qarşısının alınması rakursunda nəzərdən keçirildi.
 

Konqresin proqramında gündəlik plenar və panel iclaslardan başqa üstəlik 2 praktiki kurs, mütəxəssislər ilə diskussiyalar, dəyirmi masalar, sosial tədbirlər də təşkil olunmuşdur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]