Azərbaycan şahmatçıları dünya çempionatına qatılıblar- İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan şahmatçıları dünya çempionatına qatılıblar- İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan şahmatçıları dünya çempionatına qatılıblar- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Polşanın paytaxtı Varşavada şahmatın rapid və blits növü üzrə dünya çempionatına start verilib. Beş gün davam edəcək mundialda Azərvaycan beşi qadın olmaqla 12 zəka sahibi ilə təmsil olunur. Kişilərin yarışında həmyerlilərimizdən Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Maqomed Muradlı, Aydın Süleymanlı, Vüqar Əsədli və Xəzər Babazadə medallar uğrunda mübarizə aparacaq.

Qadınlar arasında isə Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Zeynəblə Türkan Məmmədyarova bacıları iştirak edir. Yarışın ilk 3 günü şahmatçılar özlərini rapiddə, son iki gündə isə blits yarışında sınayacaqlar. Kişilər İsveçrə sistemi üzrə keçirilən rapid yarışıında 13, qadınlar isə 11 turda mübarizə aparacaqlar. Mükafat fondu bir milyon dollar təşkil edən bu mundialda 154 kişi, 85 qadın şahmarçı iştirak edir. Kişilərin yarışında reytinq favorit dünya çempionu adını daşıyan norveçli Maqnus Karlsendir (2856). Həmyerlimiz Şəhriyar Məmmədyarov (2767) reytinq göstəricisinə görə dördüncüdür.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]