Müharibə qaziləri və şəhid ailələrinin üzvləri elektrikli arabalarla təmin edildi - FOTO

Müharibə qaziləri və şəhid ailələrinin üzvləri elektrikli arabalarla təmin edildi - FOTO

Bu gün Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevin, millət vəkilləri Etibar Əliyevin, Cavid Osmanovun, Jalə Əhmədovanın, Vüqar İskəndərovun, Əziz Ələkbərlinin, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun, ilahiyyatçı alim Hacı Şahin Həsənlinin, şəhid ailələrinin, qazilərin, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə sağlamlıq imkanları məhdud olan qazi və şəhid ailələrinə arabaların paylanması ilə əlaqədar tədbir keçirilmişdir.


Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatındakı büstü önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və söz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova verilib.


Çıxışında qazilərimizə göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına öz təşəkkürünü bildirən Cəlil Xəlilov qonaqları salamlayaraq, ölkəmizdə şəhid ailələri və qazilərə yüksək qayğı göstərildiyini bildirib.


 Çıxış edən İlhan Aşkın öncə rəhbəri olduğu  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında qısa məlumat verib, adıçəkilən qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olduğunu bildirib. 44 günlük Vətən müharibəsində onların da Avropada anti-Azərbaycan qüvvələrinə qarşı informasiya müstəvisində müharibə apardığını bildirib. İlhan Aşkın,  bu çətin və məsuliyyətli işdə bizə kömək olan və arabaların ölkəmizə çatmasını təmin edən Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə, eləcə də işdə əməyi olan hər kəsə - "KROS Medical"a, “Yardım Yolumuz”a, “Qırmızı ürəklər” Xeyriyyə Fonduna və VITTA şirkətinə dərin minnətdarlığımızı bildiririk.


Daha sonra çıxış edən  Milli Məclisin vitse-spikeri Adil Əliyev də çıxışında  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi yüksək hünər və şücaət nəticəsində tarixi torpaqlarımız düşmən işğalından birdəfəlik azad etməsini qeyd edərək, bu gün üçrəngli bayrağımızın Vətən göylərində böyük məğrurluqla dalğalanmasını bildirmişdir. Prezident və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə çox yüksək səviyyədə diqqət və qayğı göstərilir, mənzillə və avtomobillə təqdim edilməsini, habelə digər ehtiyaclarının həlli istiqamətində genişmiqyaslı addımlar atılmasını qonaqların diqqətinə çatdırmışdır. Eyni zamanda qazilərimizə, şəhidlərimizin bizə əmanəti olan ailələrinə ehtiram göstərmək hər birimizin borcu olmasını, “Qürbətdən Qarabağa” şüarı altında başlanmış layihə çərcivəsində ehtiyacı olan qazilərimizə və şəhid ailələrinə verilməsi məqsədilə Milli Məclisin Gənclər və İdman Komitəsinin köməkliyi ilə Niderlandda fəaliyyət göstərən “Azərbaycan-Türk mədəniyyət dərnəyi” və “Kros medical” tərəfindən  ölkəmizə 80 ədəd elektrikli araba və 20 ədəd mexaniki əlil arabaları gətirilməsini qeyd etmişdir. Belə nəcib təşəbbüsünə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına  təşəkkür edərək onun hələ 44 günlük Vətən müharibəsindən öncə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər gördüyünü vurğulamışdır.


Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbərinin bu gün də Azərbaycan maraqlarının müdafiəsində yaxından iştirak etdiyini bildirən Sədr müavini eləcə də Şəhid ailələri və qazilərə qayğı göstərmək hər kəsin vicdan və vətəndaşlıq borcu olmasını diqqətə çatdırmışdır.


Tədbirdə çıxış edən İlahiyyatçı alim Hacı Şahin Həsənli Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinə minnətdarlığını bildirərək, şəhid ailələrinə və qazilərə köməyin  həm mənəvi, həm də dini baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.


Qazi Akif Zeynallı öz çıxışında Vətən müharibəsi zamanı öz qəhrəman dostları ilə bərabər üzərlərinə qoyulmuş döyüş tapşırığının öhdəsindən layiqincə gəldiklərini və bu yolda öz dostlarının arasında şəhidlərin və qazilərin  olmasını qeyd edərək, Vətənə canlarının fəda olduğunu bildirdilər.


Arabalar qazilərə və şəhid ailələrinin üzvlərinə paylanmış, sonda xatirə şəkili çəkilmişdir. Tədbirdə iştirak edən qazilər və şəhid ailələri dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını, göstərilən yüksək diqqətə görə ölkə başçısına və Birinci xanım Mehriban Əliyevaya, habelə belə nəcib təşəbbüsə görə bu işdə əməyi olan hər kəsə minnətdar olduqlarını qeyd etmişlər.
Tədbirin sonunda bir sıra ictimai-siyasi fəallar Niderland Azərbaycan-Türk Mədəniyət Dərnəyi tərəfindən təltif edilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020