Məmmədyarovla Rəcəbov əvvəlki məvqelərində qalıb- İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarovla Rəcəbov əvvəlki məvqelərində qalıb- İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarovla Rəcəbov əvvəlki məvqelərində qalıb- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci lin ilk ayı üçün şahmatçıların yeni reytinq cədvəlini elan edib.

 

Maraqlıdır ki, Azərbaycan şahmatının liderləri sayılan və Top-15-də yer alan Şəhriyar Məmmədyarovla (2767) Teymur Rəcəbov (2753) əvvəlki mövqelərində qalıb. Beləki, Ş.Məmmədyarov yenə də 9-cu, T.Rəcəbov isə 14-cü sırada qərarlaşıb. Kişi şahmatçılarımızdan Top-100-də isə iki təmsilçimiz yer alıb ki, onlardan da Qədir Hüseynov (2661 xal) 77-ci, Rauf Məmmədov isə (2656 xal) 87-ci pillədədir.

 

Kişilərin reytinq cədvəlinə yenə də norveçli dünya çempionu Maqnus Karlsen (2865 xal) liderlik edir. Fransa təmsilçisi olan Alireza Firuzcanın (2804 xal) ikinci yeri tutduğu cədvəldə ilk üçlüyü çinli Liren Dinq (2799 xal) tamamlayır.

 

Qadınların reytinq cədvəlində gəlincə, Top-100--də yer alan şahmtçılarımızdan Günay Məmmədzadə 2470 xalla 24-cü, Gülnar Məmmədova (2387 xal) 68-ci, Xanım Balacayeva (2376 xal) isə 79-cu pillədədir. Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658 xal) liderlik edir. Rusiyalı Aleksandra Qoryaçkina (2610 xal) cədvəldə ikinci, hindistanlı Hampi Koneru (2586 xal) isə üçüncü yeri tutur.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]