Voleybolçumuz karyerasını Türkiyədə davam etdirəcək- İNTİQAM təqdim edir (AZpress.AZ)

Voleybolçumuz karyerasını Türkiyədə davam etdirəcək- İNTİQAM təqdim edir (AZpress.AZ)

Voleybolçumuz karyerasını Türkiyədə davam etdirəcək- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanın qadın voleybol yığmasının üzvü Yelizaveta Səmədova analıq məzuniyyətindən sonra karyerasını davam etdirmək qərarına gəlib. Bu məqsədlə də yığmamızın üzvü Türkyə Superliqasında mübarizə aparan "Bolu Bələdiyysispor" klubu ilə anlaşıb. Ötən illərdə Rusiyanın "Leninqradka" klubunun şərəfini qoruyan voleybolçumuzun Türkiyə təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, Səmədovadan öncə isə yığmamızın digər üzvü - Alena Xarçenko da bu klubla müqavilə bağlayıb. Bir məqamı da qyed edək ki, 13 turdan sonra aktivinə 13 xal yazdıran komanda 14 iştirakçı arasında 13-cüdür.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]