Milad Beiqi Xarçeqani dünya reytinqinin ilk üçlüyündə- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Milad Beiqi Xarçeqani dünya reytinqinin ilk üçlüyündə- İNTİQAM təqdim edir (AZpress.AZ)
Dünya Taekvondo Federasiyası 2022-ci il ucun taekvondoçuların ilk reytinq cədvəlini elan edib. Reytinq cədvəlində yer alan təmsilçilərimiz arasında ən yaxşı göstərici ikiqat dünya çempionu, yığmamızın liderlərindən biri sayılan Milad Beiqi Xarçeqaniyə (80 kq) məxsusdur. Çempionumuz yeni cədvəldə də ilk üçlüyü tamamlayır. 63 kq-da dayanq üzərinə çıxan Cavad Ağayevin göstəricisi də pis deyil. O, öz çəkisində 6-cı yeri tutur. Digər taekvondoçularımıza gəlincə, 58 kq çəki dərəcəsində döyüşən Qasım Maqomedov 13-cü, yeni cədvəldə daha iki pillə geriləyən Rio Olimpiadasının qalibi Radik İsayevsə (+87 kq) 15-ci olub.
Qadın taekvondoçularımızdan isə yalnız Fəridə Əzizova (67 kq) Top-30-da yer almaqla 22-cidir.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

