Qulu Məhərrəmli: "Tokayev ölkənin suverenliyini Kremlin ayaqları altına atdı"

Qulu Məhərrəmli: "Tokayev ölkənin suverenliyini Kremlin ayaqları altına atdı"

Qulu Məhərrəmli: "Tokayev ölkənin suverenliyini Kremlin ayaqları altına atdı"

 

Qazaxıstanda vəziyyət kifayət qədər mürəkkəb olaraq qalır. Xalqın qiymət artımına etirazı kimi başlanan sosial hərəkat əvvəlcə klan savaşına, daha sonra hakimiyyət davasına çevrildi. Satqın Tokayev qısa dövr üçün mütləq hakimiyyət qazandı, amma Putinlə sövdələşərək ölkənin suverenliyini Kremlin ayaqları altına atdı.

 

Mürəkkəb, çoxelementli və çoxgedişli Qazaxıstan hadisələrini Rusiyanın planlaşdırdığını demək çətindir, belə olsaydı Kreml bunun üçün ən azı informasiya əsası yaradardı. Belə bir şey olmadı. Amma bununla yanaşı Putin Rusiyası yaxın ölkələrə müdaxiləyə həmişə hazır olduğunu nümayiş etdirdi və müdaxilədən əvvəl Rusiya TV-ləri Qazaxıstana xaricdən silahlı terrorçuların gəldiyini dedi.

 

İndi Qazaxıstan Rusiya süngüsü ilə idarə olunur, idarəçiliklə bağlı göstərişləri Putin verir. Ölkənin sərvətləri, o cümlədən neft-qaz resursları Rusiyanın əlinə keçir. Tezliklə Tokayevin də devriləcəyi şübhə doğurmur.

 

İndi ölkənin müstəqilliyi zəif təşkilatlanmış, amma möhkəm müqavimət əzmi olan Qazax xalqından və Qazaxıstana beynəlxalq dəstəkdən asılı olacaqdır…

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]