Karateçilərin Azərbaycan çempionatı keçirilib- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Karateçilərin Azərbaycan çempionatı keçirilib- İNTİQAM təqdim edir (AZpress.AZ)
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Kompleksində karatenin WKF versiyası üzrə böyüklər arasında sayca 29-cu ölkə çempionatı keçirilib. Çempionatda 14 klibun heyətində 94 karateçi dayanq üzərinə çıxaraq, meallar uğrunda mübarizə aparıb. Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə kişilərin fərdi kumite yarışında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Tural Ələkbərli (75 kq), Ayxan Mamayev (84 kq), Əli Cəfərov (+84 kq), şəxsi katada isə Roman Heydərov (kata) ölkə çempionu adınə qazanıb. Zərif cinsdən olan karateçilərin yarışına gəlincə, isə Fidan Teymurova (50 kq), Mədinə Sadiqova (55 kq), Renata Ərəbli (61 kq), Zöhrə Alverdiyeva (68 kq) və Fəridə Əliyeva (+68 kq) şəxsi kumitedə, Zöhrə Qurbanzadəsə fərdi kata yarışında Azərbaycan çempionu olub.
Ümumi komanda hesabında Mərkəzi Karate Məktəbi (MKM) birinci, “Qara-Qaplan” ikinci, Fövqəladə Hallar Nazirliyinin idman klubu isə üçüncü yeri tutub.
Bir məqamı da qeyd edək ki, bəlli yarış ərəfəsində və eyni məkanda fiziki sağlam idmançılarla yanaşı, eşitmə və nitq qabiliyyəti məhdud olan - əlil idmançılar arasında ikl dəfə olaraq, bu növdə ölkə çempionatı keçirilib. İlk ölkə çempionatında Elnur Qasımzadə, Şaiq Osmanov, Sahib Sahibli, Elmin Hüseynli və Elvina Orucova fərqlənib. Adıçəkilən qaliblər ölkəmizi mayın 2-dən 4-dək Braziliyada təşkil ediləcək Deaflimpiya Oyunlarında təmsil edəcəklər.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


