Türkiyənin əsrarəngiz mətbəxi: Qara dəniz nəyi ilə məşhurdur?

Türkiyənin əsrarəngiz mətbəxi: Qara dəniz nəyi ilə məşhurdur?

Bu gündən etibarən Türkiyə Cümhuriyyətinin Daşkənd Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin informasiya dəstəyi ilə Türkiyənin turizm sahəsindəki ən önəmli məlumatları oxucularla bölüşürük.
 

AZpress.AZ Türkiyənin Qara dəniz bölgəsinin əsrarəngiz mətbəxi ilə bağlı məlumatları təqdim edir.
 

Türkiyənin Qara dəniz bölgəsi təkcə yaşıl təbiəti və oksigenlə dolu dağlıq əraziləri ilə deyil, həm də yağda bişirilən dadlı yeməkləri ilə məşhurdur.
 

"Qara dəniz nəyi ilə məşhurdur?" Suala çoxlu cavablar var, amma yenə də Qara dənizin yeməkləri bu suala hər dəfə ən çox verilən cavablar sırasındadır. Qara dəniz xörəkləri regionun coğrafi quruluşunun, iqlim şəraitinin və təbii ki, yaradıcı insanlarının xüsusiyyətlərini daşıyır. Özünəməxsus ləzzətinin aşkar edildiyi Qara dəniz mətbəxinin yeməkləri dörd fəsildə fərqli dadları dadmaq istəyənlər üçün fərqli alternativlər təqdim edə bilər. Hamsi əsasən limon və soğan ilə yeyilir, bu da hamsini daha dadlı edəcəkdir.
 

Qara dənizlilər üçün muhlama səhər yeməyinin ayrılmaz parçasıdır. Orada balıq yemək üçün qurulan süfrədə də muhlama ilə rastlaşa bilərsiniz. Çünki Qaradənizlilər hər öyündə yeməyə ən uyğun yemək olaraq muhlama görürlər.
 

Muhlama kərə yağı, qarğıdalı unu və kəsmiklə bişirilir. Yeməkdə pendirin daha çox uzanması onu unikal edir. Eyni zamanda, kərə yağı ilə doldurulmuş Qara dəniz dolmasının hər kəsin iştahını açması da təbiidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]