Futzal üzrə millimiz Avro-2022-nin hazırlığına başlayıb- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Futzal üzrə millimiz Avro-2022-nin hazırlığına başlayıb- İNTİQAM təqdim edir (AZpress.AZ)
Futzal üzrə Azərbaycan yığması startına sayılı günlər qalan qarşıdakı Avropa çempionatının (Avro-2022) hazırlıq prosesinə başlayıb. Braziliyalı baş məşqçi Joze Alesionun rəhbərliyi altında Bakıda başlanan təlm-məşq toplantısına 14 futzalçı cəlb edilib. Bakı toplanışından sonra yığmamız Belçikaya yollanacaq və yanvarın 17-də həmin ölkənin komandası ilə yoxlama yoldaşlıq görüşü keçirəcək.
Xatırladaq ki, Avro-2022-yə yanvarın 19-da Hollandiyada statr veriləcək. D qrupunda yer alan Azərbaycan komandasının qrupdakı oyun təvimi belədir:
22 yanvar.
Gürcüstan – Azərbaycan
Qroningen şəhəri, Martini Plaza. Saat 17:30
26 yanvar.
Bosniya və Herseqovina – Gürcüstan
Qroningen şəhəri, Martini Plaza. Saat 20:30
29 yanvar.
Azərbaycan - Bosniya və Herseqovina
Amsterdam şəhəri, Ziggo Dome. Saat 20:30
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


