"Elə insanlar var ki, halallaşmaq istəyərəm. Həm bu dünyada, həm o dünyada" Tahir Imanov "Üzə-düz" - VİDEO

"Elə insanlar var ki, halallaşmaq istəyərəm. Həm bu dünyada, həm o dünyada" Tahir Imanov "Üzə-düz" - VİDEO

Əməkdar Artist Tahir İmanov – MTV Azərbaycan kanalı, “Üzə-düz” proqramı


“Çox suallar ünvanlanır ki, Cabirlə qardaş yoxsa əmioğluyuq? Hər konsertdə biz artıq bunu “mem”ə çevirmişik. Bu şəkildə sosial şəbəkələrdə də gəzir. Bu gün də fürsətdən istifadə edib demək istəyirəm ki, Cabir İmanovla mən doğma qardaşıq. Tahir və Cabir Qorxmaz oğlu İmanovlar. Konsertdə hətta dedim ki, gördüyünüz kimi atalarımız eyni insandı. Dedim təəccüblənəcəksiniz amma anamız da eyni insandır. (Gülür) Görsək ki, bu söz-söhbətlər davam edir, gələn konsertə başqa bir “mem” fikirləşəcəyik!”
 


“Açığı deyim ki, dramatik rol ifa etməyə hazır deyiləm. Fikrimi tam səmimi qəbul edin, dram çətindir. 30 ildir yumor və satira sahəsində işləmişəm... Çox böyük məşqlər tələb edir, partnyorla məşqdən sonrakı münasibət var, gərək bunlara zaman ayırasan. Elə bir şansım olsa, Gülzar Qurbanova ilə baş rolu ifa etmək istəyərəm. Mənimçün o aktrisa bu sahənin ən parlaq nümayəndələrindən biridir. O xanım səhnədə çox səmimi və real oynaya bilir... ”
 


“Tamaşaçı qarşısında məşhurun geyimi çox önəmli faktordur. Səhnə mədəniyyəti ifadəsi var, bəs bu termin hardandır? O ifadə ümumiyyətlə, indiki dövrdə yaddan çıxıb. Indikilər elə hesab edirlər ki, canlı efirdə söyüş söymək də, dalaşmaq da olar. Onlar düşünmürlər ki, bunlara ana, bacı, uşaq, onların öz doğmaları da baxa bilər. Guya mədəniyyəti təmsil edən insanlar, baxırsan ki, əslində onun bir qram da mədəniyyəti yoxdur. Danışıq qabiliyyəti, tərbiyəsi yoxdur. Məgər sən efirə bununçün çıxırsan? “Tok-şou”lar, maqazin proqramları var ki, mədəniyyəti təbliğ etmək əvəzinə, onun-bunun qarderobuna girir, şəxsi həyatına müdaxilə edir...”
 


“Üzərimizə gəldilər, tənqid də etdilər amma hər zaman cəsarətliyik. Heç bir zaman çəkinmədik. Bu səbəbdən də bizi Azərbaycan televiziya məkanında 5 ilə yaxın qadağaya qoydular. Heç bir telekanal bizi qəbul eləmədi. Elə əksər kanallar da olub ki, ömür boyu bizi göstəriblər amma birdən-birə biz yaxşı adamlar olmadıq. Ad çəkməyəcəm, keçmiş televiziya rəhbərlərindən biri dedi ki, baxın görün müasir yumoristlər nə edir, siz də onu edin, məhz onlarla ayaqlaşın. Təbii ki, “Planet Parni iz Baku” olaraq biz bunu qəbul etmədik. KVN-nin öz prinsipləri var. 25 il sonra prinsiplərimizi dəyişə bilmərik. Tam səmimi deyə bilərik ki, biz hamının qarşısında eyni səviyyədə çalışmışıq”.
 


“Zamiq Hüseynovda səhnə mədəniyyəti, danışıq qabiliyyəti var. Onun 3 il əvvəlki  Heydər Əliyev sarayında baş tutan konsertini tv-də izlədim. Yaxşı mənada o konserti məni çox təəccübləndirdi. Oxumağı, səhnənin dekorasiyası, musiqiçiləri o qədər xoşuma gəldi ki, mən dərhal Zamiqə zəng edib ona təşəkkürümü bildirdim. Dedim Zamiq, mən elə bilirdim ki, bunlar ölüb amma Zamiq kimilər şou-biznesi dirçəldir. Yeniliklər gətirir, cəsarət tapıb retro mahnılara ikinci nəfəs verir. Möhürlü ifaları uğurla alındıra bilir!”
 


“Məhəllə”ni 2000 və 2001-ci ildə 3 nəfər sakin var idi. Eliş, Roşka, Natiq. Cabir və Tahir İmanovlar, bir də Bəhram Bağırzadə. Sonradan siz dediyiniz o uğurlu transferlər oldu. Hətta 2006-2012-ci ilə kimi “Məhəllə” transfersiz getdi. Kimsə bu məsələni danışmadı, şişirtmədi. Birdən-birə kiməsə reytinq lazım oldu, başladılar danışmağa ki, niyə filankəslər olmadı?! Bu bizim haqqımızdır. Öz ixtiyarımızdadır, kimi istəyərik ”Məhəllə” də göstərərik və ya yox. Istəsək, orada 2 nəfər yaşayacaq, hamı mənzilini satıb, 2cəsarətli sakin qalacaq. Çıxmır “Məhəllə”dən, deyir kvadrat metrinə 1 milyon ver, gedim. Məsələn deyirəm. Bizim brendimizdir. Kimsə nə haqqımıza girsin, nə də bizə yol göstərsin”.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]