Azərbaycan təmsilçisi AÇ-2022-nin startında 7-ci olub- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycan təmsilçisi AÇ-2022-nin startında 7-ci olub- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün Estoniyanın paytaxtı Tallində buz üzərində fiqurlu konkisürmə üzrə Avropa çempionatına (AÇ-2022) start verilib. Çempionatın start günü 4 təmsilçimizdən biri - Vladimir Litvintsev mübarizəyə qatılıb. Qısa proqramla çıxış edən təmsilçimiz hakimlərdən 83,46 bal alıb ki, bu da ona 33 iştirakçı arasında 7-ci olmaq imkanı verib. Qaydalara görə start çıxışını ilk 24-lükdə başa vuran idmançılar iki gündən sonra sərbəst proqram üzrə mübarizəni davam etdirəcəklər.
Xatırladaq ki, AÇ-2022-də Litvintsevlə yanaşı, Yekaterina Ryabova (qadınların fərdi yarışı) və Yekaterina Kuznetsova/Aleksandr Kolossovski dueti də mübarizə aparacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


