Mərkəzi Gömrük Hospitalının dermatoloqu herpes xəstəliyi barədə məlumat verib - VİDEO

Mərkəzi Gömrük Hospitalının dermatoloqu herpes xəstəliyi barədə məlumat verib - VİDEO

İnsanlar arasında geniş yayılan viruslardan biri də herpesdir. Hüceyrədaxili virus dəridə sinir uclarında oturur və aylarla gizli şəkildə qalır. İmmun sistemi zəifləyən kimi aktivləşir və özünü büruzə verir. İnsanın bir dəfə herpesə yoluxması bəs edir ki, bu xəstəlik onda ömürlük onun orqanizmində qalsın. Sinir hüceyrələrndə yerləşən herpesin 8 tipi var.  İlk 3 tipə daha çox rast gəlinir. I tip herpes dodaqlarda, burun qanadlarında və yanaqlarda xırda səpkilər şəklində özünü büruzə verir.


II tip herpes herpes kişi və qadın sonsuzluğuna səbəb ola bilər. III tip herpes  uşaqlarda suçiçəyi, böyüklərdə isə kəmərvari dəmrov yaradır. Bəzi insanlarda uçuq ildə 1-2 dəfə, bəzilərində isə həyatları boyu davam edir. İnkubasiya dövrü 1 həftə - 10 gün olan bu virus hava-damcı yolu ilə keçir. Simptomları əhval-ruhiyyənin pisləşməsi, iştahsızlıq, bədən hərarətinin yüksəlməsi, əzginlikdir. Xəstəlikdən qorunmaq üçün immun sistemi möhkəmləndirilməlidir, bunun üçün qida rasionumu tənzimləmək, ona daim nəzarət etmək lazımdır.


Bu xəstəlik necə yaranır?


Herpes zamanı hansı qidalardan bol istifadə etmək lazımdır?


Müalicəyə vaxtında başlanılarsa, bu virusdan qurtulmaq mümkündürmü?


Mərkəzi Gömrük Hospitalının həkimi, dermatoloq Dr.Sevinc Kərimova ATV-Səhər verilişinə  bu mövzuda müsahibə verib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]