Məmmədyarov Veyk-anZee turnirinə başlayır- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Məmmədyarov Veyk-anZee turnirinə başlayır- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində 20-ci kateqoriyalı "TataSteelChess" ənənəvi super şahmat turnirinə start veriləcək. Turnirdə həmyerlimiz Şəhriyar Məmmədyarov da daxil olmaqla, planetin ən güclü 14 şahmatçısı mübarizə aparacaq. Dairəvi sistem üzrə keçirilməklə 13 turdan ibarət olan turnirə yanvarın 30-da yekun vurulacaq. Qeyd edək ki, reqytinq göstəricisinə görə yalnız Maqnuz Karlsen (Norveç, 2865), Fabiano Karuana (ABŞ, 2792) və hollandiyalı Aniş Qiridən (2772) geri qalmaqla 4-cü olan Şəhriyar Məmmədyarov (2767) turnirdə adıçəkilən bu trio ilə yanaşı, Rixard Rapport (Macarıstan, 2764), Yan-Kşiştof Duda (Polşa, 2760), rusiyalı Sergey Karyakin (2743), hindistanlı Santoş Vidit (2727), Daniil Dubov (Rusiya, 2720), Andrey Yesiqenko (Rusiya, 2714), Sam Şenklend (ABŞ, 2708), Yorden Van Forest (Hollandiya, 2702), Nils Qrandelis (İsveç, 2672) və Rameşbabu Praqanandxa (Hindistan, 2612) ilə qarşılaşacaq.
Məmmədyarov mübarizəyə rusiyalı Dubova qarşı keçirəcəyi oyunla başlayacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
