Millinin AÇ üçün heyəti açıqlanıb- İNTİQAM təqdim edir (AZpress.AZ)

Millinin AÇ üçün heyəti açıqlanıb- İNTİQAM təqdim edir (AZpress.AZ)

Millinin AÇ üçün heyəti açıqlanıb- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycanın futzal üzrə millisinin Bakıdakı təlim-məşq toplanışı yekunlaşıb. Azərbaycan Futzal Federasiyasından aldığımız məlumata görə, bu gün Bakı-İstanbul-Brüssel hava reysi ilə səfərə çıxan millimiz yanvarın 17-də Borgloon şəhərində Belçika yığması ilə yoldaşlıq oyununa çıxacaq. Yoldaşlıq matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Baş məşqçi Joze Alesio Da Silva heyətə bu futzalçıları cəlb edib: Rövşən Hüseynli (Araz-Naxçıvan), Ramiz Çovdarov (Araz-Naxçıvan), İsa Atayev (Araz-Naxçıvan), Xətai Bağırov (Araz-Naxçıvan), Rizvan Fərzəliyev (Araz-Naxçıvan), Emanoel Jaoa Rodrigues (Araz-Naxçıvan), Olivera Villiams "Vassoura" (Sportinq Paris, Fransa), Eveton Cardoso "Qalo" (Levante UD, İspaniya), Emin Kurdov (EKOL), Cohnatas Felipe "Felipinyo" (Araz-Naxçıvan), Eduardo Borqes (Halle-Goik, Belçika), Rafael Vilela (Palma Futsal, İspaniya), Fineo De Araujo (Sportinq Paris, Fransa), Thiaqo Teles Martins "Bolinha" (ACCS Futsal, Fransa).
Xatırladaq ki, yığmamız AÇ-2022-də ilk matçını Gürcüstana (22,01.22 ) qarşı keçirəcək. Yanvarın 26-da İspaniyaya rəqib olacaq yığmamız yanvarın 30-da isə Bosniya-Hersoqovinayla qarşılaşacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]