Akif Ağayev: Masallıda açıq mini futbol turniri keçirilib +FOTO=12

Akif Ağayev: Masallıda açıq mini futbol turniri keçirilib +FOTO=12

Akif Ağayev: Masallıda açıq mini futbol turniri keçirilib 

 

Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol üzrə açıq rayon turnirinə yekun vurulub.

 

Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən turnirə Masallı rayonu (5 komanda) ilə yanaşı Bakı şəhərinin (3 komanda) və Cəlilabad rayonunun (4 komanda) 10-13 yaşlı idmançıları da qatılıb.

 

“Viləş” mini futbol stadionunda təşkil olunan turnir öncəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səslənıb.

 

Daha sonra mini futbol turnirinə start verilib.

 

Üç yaş qrupu üzrə keçirilən yarışların yekun nəticəsinə görə 10 və 12 yaşlılar arasında “UGİŞM” (Masallı) komandası, 13 yaşlılar arasında Bakının “Azəri” futbol klubu birinci yerə layiq görülüb. 10 yaşlılardan ibarət “Azad FK” (Masallı) ikinci, “UGİŞM” (Cəlilabad) üçüncü mükafata sahiblənib.

 

Turnirdə sonunda mükafatlandırma mərasimi olub.

 

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) direktoru Əlifağa Yaqubov, Cəlilabad UGİŞM-nin direktoru Abbas Zülfüqarov, Masallı UGİŞM-nin futbol bölməsinin baş məşqçisi Rövşən Süleymanov, Vətən müharibəsi iştirakçıları Ceyhun Qurbanov, Həmid Mənsimov, Daməd İbrahimli və başqaları qalibləri təbrik edib, futbolçulara növbəti yarışlarda uğurlar arzulayıblar.

 

Qalib komandalara təşkilat komitəsinin kubok, diplom və medalları, məşqçilərə təşəkkürnamə, qazilərə isə diplom və hədiyyələr təqdim edilib.

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]