Şamaxıda baxımsız qalan uşaqlar nəzarətə götürüldü

Şamaxıda baxımsız qalan uşaqlar nəzarətə götürüldü

Şamaxıda baxımsız qalan uşaqlar nəzarətə götürüldü 

 

Şamaxının İkinci Çaylı kəndində baxımsızlıqdan acınacaqlı vəziyyətdə olan uşaqların anası Gülnarə Cavadova ilə bağlı şəhər İcra Hakimiyyəti açıqlama yayıb.

 

 

Məlumatda deyilir:

 

 

"Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ildə rayonun İkinci Çaylı kəndində vətəndaşlarla keçirilən görüş-qəbulu zamanı bu ailənin sosial vəziyyətinin çətin olduğu və uşaqların yeganə himayəçisinin ana olduğu müəyyən olunub. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə uşaqların anası Gülnarə Cavadova 2019-cu ildə “DOST İş Mərkəzi” MMC-də işlə təmin olunub. Aldığı əməkhaqqı müqabilində ondan yeganə tələb də övladlarına baxması olub. Lakin o, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq övladlarına yaxşı baxmayıb. Həmin ildə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara yeni fərdi yaşayış evi də tikilib.

 

 

Dəfələrlə rayon icra hakimiyyəti və müvafiq qurumların əməkdaşları tərəfindən uşaqlara lazımi yardımlar göstərilsə də, onların himayəyə götürülməsinə anaları mane olub, hər dəfə aqressiya nümayiş etdirib. Bu dəfə polis əməkdaşlarının köməkliyi ilə uşaqları evdən çıxarıb öz nəzarətimizə götürmüşük. Onlar yaxşı şəraiti olan yerdə yerləşdirilib, isti geyim və əzaqla təmin olunub, həkim müayinəsində keçiriliblər. Uşaqların daimi olaraq dövlət müəssisəsində qalması üçün bütün zəruri hüquqi addımlar atılacaq.

 

Həmçinin əlavə olaraq bildiririk ki, Gülnarə Cavadova COVID-19 xəstəsi deyil, o, tez-tez evi tərk edərək uşaqları baxımsız qoyur.

X X X

Şamaxıda baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.

 

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar:

 

 

"Azyaşlıların anasının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Yəni o, COVID-19 virusuna yoluxmayıb. Məsələ ilə əlaqədar qadınla telefon əlaqəsi saxlanılıb və o, gələcəyini bildirib".

 

 

M. Məsimov bildirib ki, ilkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.

 

 

 

Qeyd edək ki, Şamaxı rayonunun kəndlərinin birində 4 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər paylaşılıb.

 

 

İddialara görə, azyaşlıların anası COVID-19-a yoluxub. O, xəstəxanada müalicə edilir. Buna görə də uşaqlara sakinlər baxır, yemək verir.

 

 

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı hüquq müdafiəçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb:

 

 

"Gecədən bu videonu onlarla izləyici mənə göndərib. Şamaxı rayonunun kəndlərinin birindədir bu uşaqlar... Anaları deyilənə görə COVİD ə yoluxub xəstəxanadadır.

 

Kənd camaatı uşaqlara baxır, yemək verir. Şamaxı Rayonu İcra Hakimiyyəti yəqin ki, məlumatlıdır. Hə, yəni ancaq məlumatlıdır... Gözümüzlə gördüyümüz qədər həm uşaqların durumu, həm də hansı təhlükənin tam ortasında olduğunu görürük...
Şamaxı Rayonu İcra Hakimiyyəti də gördümü???
Yoxsa yenə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu məsələyə reaksiya verməlidir?

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşları əgər yuxudan oyanıbsa, əvvəlcə araşdırsın, sonra mətbuata məlumat versin...
4 uşaq... 4 əlacsızlıqla, təhlükə ilə qarşı qarşıya duran körpələr... Mən sığınacağımızda durumlarını normal vəziyyətə gətirəcəyimə söz verirəm...
Bircə gətirsinlər...
Elşad müəllim, yenə ümidim sizədir..."

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]