Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Sağalmayan yaralar, köhnəlməyən yaddaş adlı elmi sessiya keçirilib

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Sağalmayan yaralar, köhnəlməyən yaddaş” adlı elmi sessiya keçirilib

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Sağalmayan yaralar, köhnəlməyən yaddaş” adlı elmi sessiya keçirilib 

 

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Sağalmayan yaralar, köhnəlməyən yaddaş” adlı elmi sessiya keçirilib.

 

Tədbiri giriş sözü ilə açan muzeyin baş direktoru, akademik Rafael Hüseynov 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu vurğulayıb, xalqınızın bu günü uzun illərdir ki, tarixin qara səhifəsi kimi qeyd etdiyini bildirib.

 

R.Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən danışıb, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını deyib. Akademikin sözlərinə görə, Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirilən XX əsrin 80-ci illərinin sonundan başlayan milli azadlıq hərəkatı 1990-cı il yanvar hadisələrindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

 

Baş direktor əlavə edib ki, yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdi. O, bu hadisələr zamanı yaradılan informasiya blokadasının Moskvada təcrid olunmuş vəziyyətdə yaşayan Azərbaycanın böyük oğlu, ulu öndər Heydər Əliyev tərəfindən aradan götürüldüyünü bildirib. Alimin sözlərinə görə, 1990-cı il yanvarın 21-də Ulu Öndər həyatını təhlükəyə ataraq İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və Bakıda törədilmiş qanlı hadisələrlə bağlı bəyanat vermişdir: “Dahi liderin 20 Yanvarla bağlı həqiqətləri əks etdirən bəyanatı informasiya blokadasının yarılması istiqamətində ilk mühüm addım olmuşdur”.

 

Akademik R.Hüseynov ölkənin kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırıldığı, xalqın informasiya almaq hüququndan məhrum edildiyini bir dövrdə ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycan ziyalılarının Qanlı Yanvar faciələri zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördükləri işlərdən bəhs edib, dünyanın müxtəlif kütləvi informasiya vasitələrərinə 20 yanvar dəhşətləri ilə bağlı verdikləri müsahibələrdən söz açıb.

 

“Sovet rejiminin törətdiyi qətllər xalqımızın müstəqillik aktlarının qarşısını ala bilmədi və Azərbaycan 1991-ci ildə öz müstəqilliyinə qovuşdu”, - deyə bildirən baş direktor əlavə edib ki, azadlıq hər bir xalqın tarixində elə ali nemətdir ki, ona çatmaq üçün ağır sınaqlardan keçmək lazımdır.

 

R.Hüseynov ölkəmizin müstəqilliyinin qazanılması və onun qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi ilə şəhidlərimizin qisası alınmış, onların qanı yerdə qalmamışdır.

 

Akademik R.Hüseynov çıxışının sonunda şəhidlərimizin azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olacağını vurğulayıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]