Məmmədyarovun Veyk-an-Zeedə ikinci heç-heçəsi- İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarovun Veyk-an-Zeedə ikinci heç-heçəsi- İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarovun Veyk-an-Zeedə ikinci heç-heçəsi- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yanvarın 16-da Hollandiyanın Вейк-ан-Зее şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov, o cümlədən hazırki dünya çempionu Maqnus Karlsen (Norveç) də daxil olmaqla, planetin 14 ən güclü qrossmeysterinin iştirakı ilə startı verilən "Tata Steel Chess" super şahmat turniri davam edir. Dairəvi sistem üzrə keçirilməklə 13 turdan ibarət olan turnirdə artıq ilk iki tur geridə qalıb. Qeyd edək ki, reytinq göstəricisinə görə iştirakçılar arasında 4-cü olan həmyerlimiz hər iki turda rəqiblə sülh bağlayıb. Startda Rusiyalı Daniil Dubovla 36-cı gedişdə heç-heçəyə razılaşan Məmmədyarov ikinci turda isə Rusiyadan olan digər qrossmeyster - Andrey Yesipenko ilə 26-cı gedişdə xal bölüb.

Geridə qalan iki turdan sonra aktivinə 1 xal yazdıran Məmmədyarov onunla eyni xal ehtiyatına malik olan digər şahmatçılarla birlikdə 4-11-ci yerləri bölüşür.

Turnir davam edir. Bu gün baş tutacaq 3-cü turda Məmmədyarov ev sahiblərindən biri olan Aniş Qiriylə qarşılaşacaq. Turnirə yanvarın 30-da son turla yekun vurulacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]