Mövsümün ilk "Böyük Dəbilqə"sində ölkəmizi kimlər təmsil edəcəklər? İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Mövsümün ilk "Böyük Dəbilqə"sində ölkəmizi kimlər təmsil edəcəklər? İNTİQAM təqdim edir (AZpress.AZ)
Beynəlxalq Cüdo Federasiyasının (İJF) illik təqvim planına əsasən 2022-ci ilin ilk "Böyük Dəbilqə" turniri 5-6 fevral aralığında Parisdə (Fransau) keçiriləcək. Turnirin startına hələ 3 həftədən də çox vaxtın qalmasına baxmayaraq, Azərbaycanın kişilərdən ibarət yığmasının məşqçilər korpusu həmin yarışda ölkəmizi təmsil edəcək tatami ustalarını müəyyənləşdirib. Parisə gedəcək heyətdə Kəramət Hüseynov, Yusif Əhmədov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehtiyev (90 kq), Zəlim Kotsayev (100 kq) və Uşanqi Kokuari (+100 kq) yer alıb.
Yeri gəlmişkən, hazırda Azərbaycan da daxil olmaqla, 43 ölkə sözügedən turnirdə iştirakını təsdiqləyib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

