Tariximiz elektron nəşrlərdə: MASALLI

Tariximiz elektron nəşrlərdə: MASALLI

Tariximiz elektron nəşrlərdə: MASALLI

 

Məlum olduğu kimi bir ay öncə İldırım Şükürzadə Zahir Əmənovun müəllifliyi ilə “Masallının tarix və mədəniyyət abidələri”, bundan 1 il öncə isə eyni şəxslərin müəllifliyi ilə (bölgəmizin bütün qalaları haqqında) “Bu qala bizim qala” kitabları çox nəfis şəkildə işıq üzü görmüşdü. Hər 2 kitab elimizin xeyirxah qızı Arzu Bağırovanın sponsorluğu ilə həyata vəsiqə qazanmışdı.

 

Kitablar böyük maraqla qarşılandı. Xaricdə yaşayan həmvətənlərimiz kitaba xüsusi maraq göstərdi və onları əldə etmək üçün müxtəlif yollar aradı. Poçtla yollamaq baha başa gəldiyi üçün, bəzilər həmin yerlərə səfər edən qohumlarının, dost-tanışlarının imkanlarından faydalanırdı.

 

İndi bu kitabları əldə etmək çox əlçatan oldu. Belə ki, hər 2 kitabın elektron variantı cenub az saytına yerləşdirildi. (Saytın sağ tərəfinin yuxarısında, “Tariximiz elektron nəşrlərdə” bölümündə). Bu kitabları saytın mobil variantında da oxumaq mümkündür.

 

İnanırıq ki, kitabın çap variantını əldə edə bilməyənlər onun elektron variantında lazımınca faydalanacaqlar.

Kitablar elektron variantları burda:
cenub.az/buqalabizimqala.html

cenub.az/masallitarixi.html

Cenub.az. Faiq Hüseynzadə

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]