Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yığıncağı keçirilmişdir (AZpressAZ -Mais İbrahimov +FOTO=24)

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yığıncağı keçirilmişdir (AZpressAZ -Mais İbrahimov +FOTO=24)

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yığıncağı keçirilmişdir (AZpressAZ -Mais İbrahimov +FOTO=24)

 

Yanvarın 17-də Ağcabədi rayonunun Bayraq muzeyində YAP Ağcabədi rayon təşkilatı ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə yığıncaq keçirmişdir.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, yığıncağı YAP Ağcabədi rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov açaraq Yeni Azərbaycan Partiyası üzvlərinin üzvlük haqlarının məbləği və ödənilməsinin yeni Qaydası ilə əlaqədar məlumat verdi və cari ilin yanvar ayından başlayaraq ilk təşkilatların öz işlərini yeni Qaydaların tələbləri əsasında qurmağı tövsiyə etdi.

 

Yığıncaqda həmçinin, 2021-ci ildə ərazi ilk təşkilatları tərəfindən üzvlük haqlarının ödənilməsi, YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi sahəsində görülən işlər və cari məsələlər müzakirə edildi.
Rövşən Əhmədov iclasın sonunda 2022-ci ildə ərazi ilk təşkilatlarını öz fəaliyyətlərini Yeni Azərbaycan Partiyasının VII qurultayının qarşıya qoyduğu tələblər, həmçinin YAP Mərkəzi Aparatının tövsiyyələri əsasında həyata keçirməyi və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar bütün ərazi ilk təşkilatlarında tədbirlər keçirilməsi barədə tapşırıq verdi.



 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]