Rəsədxanada gənc alimlər üçün təşkil olunmuş "LaTex" kursunun növbəti seminarı keçirilib

Rəsədxanada gənc alimlər üçün təşkil olunmuş "LaTex" kursunun növbəti seminarı keçirilib

Rəsədxanada gənc alimlər üçün təşkil olunmuş "LaTex" kursunun növbəti seminarı keçirilib

 

18 yanvar 2022-ci il tarixində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) gənc alim və mütəxəssislər üçün təşkil olunmuş "Latex" kursunun növbəti seminarı keçirilib.

 

Seminarda Şamaxı Astrofizika Rəsədxanasının "Elmi nəticələrin işlənməsi və nəşri" sektorunun müdiri Cəmilə Tağıyeva “LaTex basics” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzəçi çıxışında "LaTex" proqramının onlayn və "soft" formatda iş masasında istifadə qaydalarından danışıb. Proqramın "style" formatı və "usepackage"lərdən istifadə edərək cədvəl qurma, düstur yazma kimi anlayışlar haqqında məlumat verib və proqramda tətbiq edərək seminar iştirakçılarına əyani nümayiş etdirib.

 

İnteraktiv formada təşkil olunan seminarda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirə aparılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]